13 
Mar
2024
20:06
260

ABŞ-ın Nümayəndələr Palatası TikTok-u qadağan edən qanun layihəsini qəbul edib

Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası 65 əleyhinə  olmaqla 352 səslə ABŞ-da TikTok-u qadağan edən qanun layihəsini təsdiqləyib.
 

InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Qanun layihəsinə əsasən, TikTok, Çin ana şirkəti "Byte Dance"-dən çıxarılmasa, ABŞ tətbiq mağazalarında qadağan ediləcək.

Senatın hansı qərarı verəcəyi hələki məlum deyil. Bununla belə, prezident Co Bayden qanun layihəsinin Senat tərəfindən dəstəklənəcəyi təqdirdə onu imzalayacağını artıq bəyan edib.

“Ümid edirik ki, Senat faktları nəzərdən keçirəcək, seçiciləri dinləyəcək və iqtisadiyyata, yeddi milyon kiçik biznesə və xidmətimizdən istifadə edən 170 milyon amerikalıya təsirini anlayacaq”, - TikTok administrasiyasının bəyanatında deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər