17 
Avq
2020
16:23
1382

18-22 yaş arası tələbələr, ehtiyat xidmətinin müqaviləsinin müddəti bitdikdən sonra məcburi xidmət başa çatmış hesab olunur

Gürcüstan Milli Qvardiyasının komandanı, polkovnik Roman Jokhadze Ərazi Qoruğuna qəbulun başlanğıcından və ictimaiyyət üçün ehtiyat hərbi xidmət şəraitindən danışdı. Roman Jokhadzenin sözlərinə görə, aktiv ehtiyata qəbul könüllü və ödənişlidir.

InterPress.ge xəbər verir ki, eyni zamanda, Roman Jokhadzenin sözlərinə görə, 18-22 yaş arası tələbələr, ehtiyat xidmətinin müqaviləsinin müddəti bitdikdən sonra məcburi xidmət başa çatmış hesab olunur.

"Bu mərhələdə, Tbilisidə, Mçxetada, Acarada, Quriyada, Sameqreloda, Zemo Svanetidə və Kaxetidə yaşayan 18 yaşdan 50 yaşadək həm kişilər həm qadınlar qəbul olunur.

Aktiv ehtiyata qəbul istəklə və ödənişlidir. Qəbul olunanla 5 illik müqavilə bağlandıqdan sonra iş yeri və ictimai xidmət verilir.

Hərbi hazırlıq hər il 45 gün müddətində keçirilir və onun illik minimal əmək haqqı 2700 laridir.

18 yaşdan 22 yaş da daxil olmaqla tələbələrin ehtiyyat müqaviləsi bitdikdən sonra məcburi xidmətdən keçmiş hesab edilir.

Tam ehtiyat xidmət dövrü aşağıdakı addımları əhatə edir: işə qəbul mərhələsi, seçim mərhələsi, ehtiyat xidmət və müqavilənin uzadılması.

Hərbi Rezerv xidmətinə qəbul olan şəxs Gürcüstan qanunvericiliyinin nəzərdə tutduğu sosial zəmanətdən yaralana bilir. Əmək stajı isə müqavilə ilə nəzərdə tutulmuş müddət hesab olunur.

Hərbi Rezerv xidmətinə çağırılmış müddətdə iş yeri və əmək haqqı ilə eləcədə dövlət təzminatı ilə, dövlət akademiya təqaüdü ilə və eləcədə dövlət qanunvericiliyi ilə nəzərdə tutulan digər sosial müdafiə zəmanəti ilə təmin edilir" - dedi Jokhadze.

Onun sözlərinə görə, sənədlər hər iş günü qəbul edilir, onlayn qeydiyyatdan keçmək də mümkündür.

Bizimlə əlaqə saxlayın