16 
Mar
2024
13:27
658

Keçmiş kürəkən qaynanasını güllələyib

Xonidə, məcburi köçkün qəsəbəsində keçmiş kürəkəni qayınanasını yaralayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə “Mtavari Arxi” məlumat yayıb.

Məlumata görə, hadisə ötən gün baş verib. Yaralı qadın xəstəxanaya çatdırılıb və onun həyatı üçün təhlükə yoxdur. Qadın kürəyindən yaralanıb.

Ov tüfəngi ilə silahlanmış şəxs gecə saatlarında məcburi köçkün qəsəbəsinə gələrək keçmiş həyat yoldaşı ilə danışmaq istəyib. Lakin keçmiş qayınana imtina etdikdən sonra o, tapançadan bir neçə dəfə atəş açıb.

Yerli sakinlərin sözlərinə görə, keçmiş ər-arvad arasında əvvəllər münaqişə olub və kişi arvadını döydüyünə görə şərti cəzaya məhkum edilib.

Faktla bağlı Daxili İşlər Nazirliyi Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma (117) maddəsi ilə araşdırmalara başlayıb. Hüquq-mühafizə orqanları hələ də hadisəni törədən şəxsi axtarır.

 

Bizimlə əlaqə saxlayın