Avropa İttifaqı Ukraynaya hərbi yardım üçün əlavə beş milyard avro ayıracaq
Avropa İttifaqı Xüsusi Yardım Fondu vasitəsilə Ukraynaya hərbi yardım üçün əlavə beş milyard avro ayıracaq.
InterPress.ge xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrel deyib.
“Fondla birlikdə biz Ukraynanı Rusiyanın təcavüzkar müharibəsindən qorumaq üçün dəstəkləməyə davam edəcəyik”, - deyə o bildirib.
Aİ bu pulun təlimləri və həm öldürücü, həm də öldürücü olmayan hərbi texnikanı maliyyələşdirəcəyini bildirib. O, həmçinin üzv dövlətlər tərəfindən Ukraynaya göndərilən hərbi ləvazimatların doldurulması və xərclərin ödənilməsi üçün istifadə olunacaq.
"Bu işdə əməyi olan hər kəsə təşəkkür edirəm”, - Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
Təsdiqlənmiş beş milyard avro əlavə o deməkdir ki, fondun həddi indi 2021-2027-ci illər üçün 17 milyard avro təşkil edir.


