Polşa Prezidenti: Rusiya 2026-2027-ci illərdə NATO-ya hücum edə bilər
Rusiya 2026-2027-ci illərdə NATO-ya hücum edə bilər, üzv dövlətlər təcili olaraq müdafiə xərclərini artırmalı və çəkindirici mexanizm yaratmalıdırlar.
InterPress.ge xəbər verir ki, bu barədə Polşa prezidenti Ancey Duda CNBC telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putin NATO-ya hücum etmək üçün müharibə iqtisadiyyatına keçidi ikiqat artırır ki, bu da bir neçə il ərzində baş verə bilər.
"Həyəcan zəngləri çalınır: Avropanın təhlükəsizliyini maksimum dərəcədə artırmaq, sursat ehtiyatı toplamağımız və silah istehsal edə biləcəyimiz 2-3 ilimiz var. Bütün bunlar müharibəyə qarışmamaq üçün edilməlidir. Məqsəd bizim hücuma məruz qalmamağımızı təmin edəcək çəkindirmə mexanizmi yaratmaqdır”, - deyə Duda bildirib.
Bundan əvvəl xəbər verilmişdi ki, Almaniya xüsusi xidmət orqanları hökumət üçün Rusiyadan gələn hərbi təhdid təhlili hazırlayıb və onun 2026-cı ildən NATO üzvü olan ölkələrin ərazisinə hücum edə biləcəyini proqnozlaşdırır.


