Tanışını odlu silahla qətlə yetirən şəxs tutulub
Daxili İşlər Nazirliyinin Acarıstan Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü L.Q. Kobuletidə qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb.
InterPress.ge xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb.
İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Kobuletidə tanışı - 1993-cü il təvəllüdlü T.Q.-ya aralarında yaranmış mübahisə zəminində odlu silahdan atəş açaraq xəsarət yetirib və hadisə yerindən gizlənib. Yaralı xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişib.
İstintaq Cinayət Məcəlləsinin qəsdən adam öldürməni nəzərdə tutan 108-ci maddəsi ilə aparılır. Cinayət 10 ildən 15 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.