Gürcüstanda koronavirusa son yoluxanların haradan olduğları açıqlandı
"Gürcüstanda koronavirusun 15 yeni halı təsdiqlənib və virusdaşıyıcılarının ölkə üzrə ümumi sayı 1385 nəfəri təşkil etdi. Yeni yoluxma halından 2-nin mənbəyi naməlumdur və epidemioloqlar tərəfindən araşdırılır".
InterPress.ge xəbər verir ki, bu barədə Marina Ezuqbaia qeyib.
Onun qeyd etdiyinə görə, sağlamlığına 20 nəfər qovuşub.
"Ölkəmizdə qeydə alınan koronavirusun 15 yeni halının 4-ü Lengeri kəndinə, 6-sı virusdaşıyıcısı ilə təmas, 3-ü xaricdən daxilolma, 2-nin isə yoluxma mənbəyi epidemioloqlar tərəfindən araşdırılır. Covid mərkəzlərdə 240 xəstə müalicə alır. Bu 240 xəstədən 6-sının vəziyyəti kritik ağırdır, onlar Covid mərkəzlərdə reanimasiya şöbəsində müalicə alırlar, qalan xəstələrdən 23-nün vəziyyəti ağırdır, qalan xəstələrin vəziyyətləri orta və orta yüngüldür. Yoluxucu xəstəliklər xəstəxanasında isə 32 virusdaşıyıcısı müalicə alır. Bunlardan birinin vəziyyəti kritik ağır, 2-nin vəziyyəti isə ağırdır ",- dedi M. Ezuqbaia


