Yaponiya səfirliyi - Yaponiya Sxinvali bölgəsində/Cənubi Osetiyada baş tutan “parlament seçkiləri”nin legitimliyini tanımır
Yaponiya 9 iyun tarixində Sxinvali bölgəsində/Cənubi Osetiyada baş tutmuş “parlament seçkiləri”nin legitimliyini tanımır.
InterPress.ge xəbər verir ki, Bu barədə Yaponiyanın Gürcüstandakı səfirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda qeyd edilir ki, Yaponiya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdinə qarşıdır.
“Yaponiya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir.
Qeyd olunan mövqeyi nəzərə alan Yaponiya iyunun 9-da Sxinvali bölgəsində/Cənubi Osetiyada baş tutmuş “parlament seçkiləri”nin legitimliyini tanımır.
Yaponiya Gürcüstanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdinə qarşıdır”, - Deyə məlumatda deyilir.