Müxalifər nümayəndələri Vahid Milli Hərəkat partiyasının qərarını səhv hesab edir
"Vahid Milli Hərəkat" (VMH) tərəfindən İsani seçki dairəsində majoritar deputatlığa Xatia Dekanoidzeni namizəd irəli sürülməsi yanlış qərardır".
InterPress.ge xəbər verir ki, bu barədə Avropalı Gürcüstanın seçki qərargahının rəhbəri Serqi Kapanadze bildirib.
Onun sözlərinə görə, bu qərar bütün müxalifətə ziyan verəcək və Tbilisidə Bidzina İvanişvilinin məğlubiyyətininin şansını azaldacaq.
"VMH tərəfindən İsani seçki dairəsində majoritar deputatlığa bu namizədin irəli sürülməsi yanlış, səhv qərardır. Bu qərar həm VHM partiyasına həm də digər müxalifət partiyalara ziyan verəcək, qalib gəlmə şansımızı azaldacaq. Biz razılığa gəlmişdik ki, hər yerdə bərabər qərar verdiyimiz namizədlər seçkidə mübarizə aparacaq. İndi bu razılıq göründüyü kimi pozulub. Avropalı Gürcüstanın məqsədi birinci turda bacardığımız qədər B. İvanişviliyə qarşı çıxmaq, ikinci turda is onu məğlub etməkdir", - dedi Serqi Kapanadze.