Finlandiyanın XİN rəhbəri: Biz gürcü xalqına deyil, xüsusi olaraq Gürcüstan hökumətinə qarşı yönəlmiş tədbirlərə açığıq
"Biz Gürcüstandakı vəziyyətə xüsusi diqqət yetirəcəyik, burada hökumətin Avropa İttifaqına inteqrasiyadan, qanunun aliliyindən, açıq cəmiyyətdən və demokratiyadan çıxmaq qərarını pisləyirik".
InterPress.ge xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen Lüksemburqda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, Gürcüstan məsələsinin Xarici İşlər Şurası səviyyəsində ilk hərtərəfli müzakirəsi olacaq.
“Bizim mesajımız yüksək səslə və aydındır, biz gürcü xalqını demokratiya, müstəqillik, qanunun aliliyi və insan haqlarına doğru gedən yolda dəstəkləyirik ki, onlar buna layiqdirlər və bunun üçün öz hökumətindən qapını açmasını istəyirlər”, - deyə xarici işlər naziri bildirib.
Onun sözlərinə görə, Gürcüstan hökumətinin öz xalqının iradəsinə zidd addımlar atması fonunda Avropa İttifaqı hansı tədbirlərin görülə biləcəyini müzakirə edir.
“Tədbirlər var, məsələn, bizim edə biləcəyimiz şey Gürcüstan rəsmilərinin Avropaya səfərini çətinləşdirməkdir”, - Finlandiyanıb XİN rəhbəri bildirib.
Bunun sanksiya mənasına gələ biləcəyi ilə bağlı sualına cavabında “Bu, sanksiyalar və ya bizim görə biləcəyimiz hər cür tədbirlər mənasına gələ bilər. Biz Gürcüstan əhalisinə deyil, xüsusi olaraq Gürcüstan hökumətinə yönəlmiş tədbirlərə açığıq”- deyə nazir bildirib.


