14 
Avq
2024
11:07
852

Daxili İşlər Nazirliyi “Qlovo” kuryerini yaralayan şəxsi həbs edib

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi və Acarıstan Polis İdarəsinin əməkdaşları birgə həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, qəsdən sağlamlığa ağır zərər vurma və qanunsuz olaraq odlu silah əldə etmə və saxlama ittihamı ilə axtarışda olan 1986-cı il təvəllüdlü N.M.-yı saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, təqsirləndirilən N.M bu ilin iyul ayında şirkətlərdən birinin kuryeri T.S.-nin hər iki ayağına odlu silahla qəsdən xəsarət yetirib və hadisə yerindən qaçıb.

“Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən, N.M barəsində həbs qətimkan tədbiri olaraq qiyabi həbs edilib. Onun törətdiyi cinayət 7 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs cəzaçəkmə müəssisəsinə köçürülüb”, - deyə qurumdan bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər