Mərkəz rəhbərindən toyların geniş miqyası keçirilməsinə sərt münasibət
"Ölkədə nə qədər çox toy olarsa və uşaq doğuıarsa bir o qədər yaxşıdır, ancaq hal-hazırda yaşadığımız vəziyyətdə müvəqqəti olaraq bu cür yığıncaqlardan çəkinməliyik. Əks halda bu virusun yayılmasına gətirib çıxara bilər".
InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamğrelidze qeyd edib.
Onun bildirdiyinə görə, Quriyada virusun yayılmasının səbəbi irimiqyaslı toyların baş tutduğu ehtimal olunur.
"Ötən gün Quriyada koronavirusun 3, dünən isə bir yeni halı qeydə alınıb. Artıq epidemioloji tədqiqatların keçirilməsinə Çoxatauri bələdiyyəsinin Kvemobani kəndində eləcədə Ozurqetidə başlanılıb. Virusun yayılmasının səbəbi irimiqyaslı toyların baş tutduğu ehtimal olunur. Biz bir neçə dəfə təkrar etdik ki, epidemioloji vəziyyətdə yaşayırıq, irimiqyaslı yığıncaqlardan çəkinməliyik. Toylar 100 nəfərdən artıq insanla baş tutmamalıdır. Bəli, təbii ki, ölkədə nə qədər çox toy olarsa və uşaq doğularsa bir o qədər yaxşıdır, ancaq hal-hazırda yaşadığımız vəziyyətdə müvəqqəti olaraq bu cür yığıncaqlardan çəkinməliyik. Əks halda bu virusun yayılmasına gətirib çıxara bilər", - dedi Qamğrelidze.


