20 
Fev
2020
08:30
1478

Ən çox hərbiləşmiş ölkələr: Gürcüstan neçəncidir?

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.

InterPress.ge institutun məlumatına əsasən xəbər verir ki, Gürcüstan 49-cu sırada qərarlaşıb.

Belə ki, son reytinqdə Ermənistan 3-cü, Rusiya 6-cı, Azərbaycan 10-cu İran 24-cü, Türkiyə 19-cu pillədə yer alıb. BICC dünyanın ən çox hərbiləşdirilmiş dövləti kimi İsraili seçib. Sinqapur 2-ci sırada qərarlaşıb, Cənubi Koreya ilk “5-liy”i tamamlayıb. “Top-10”a həmçinin Küveyt, İordaniya, Kipr, Yunanıstan və Belarus daxil edilib.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur.

Bizimlə əlaqə saxlayın