Avropalı deputat: "Mən və 6 həmkarım Gürcüstanda seçki müşahidə missiyasında idik - saxtakarlıq və hədə-qorxu ilə qarşılaşdıq"
"Mən və 6 həmkarım Gürcüstanda seçki müşahidə missiyasında idik - saxtakarlıq və hədə-qorxu ilə qarşılaşdıq".
InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin deputatı Natali Loiseau Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı deyib.
"Mən və 6 həmkarım Gürcüstanda seçki müşahidə missiyasına cəlb olunmuşduq və saxtakarlıq və hədə-qorxu ilə qarşılaşdıq. Ona görə də burada, parlamentdə bununla bağlı müzakirə aparmaq istəyirəm.
İndi Gürcüstanda baş verənləri, etirazları, gürcü və Avropa bayraqları ilə küçəyə çıxanları nəzərdə tuturam, onlar Avropa İttifaqından çox şey gözləyirlər. Təəssüf ki, Avropa Şurası son iclasında bunu müzakirə etməyə vaxt tapmadı.
[...]
Biz demokratiyanın vətəniyik və nəinki Gürcüstanda baş verənləri müzakirə etməyə, həm də qətnamə qəbul etməklə öz mövqeyimizi bildirməyə vaxt tapmalıyıq. Buna görə də mən tələb edirəm ki, bu, növbəti sessiyanın gündəliyinə salınsın”, - Luazo bildirib.


