Gürcüstanda aylıq 9600 lari və daha çox əməkhaqqı alanların sayı artıb
2024-cü ilin oktyabr ayında aylıq əməkhaqqı alanların sayı artıb.
InterPress.g exəbər verir ki, bu, PMCG araşdırmasında qeyd olunub.
Onların hesabatlarına görə, 2024-cü ilin oktyabr ayında aylıq əməkhaqqı alanların sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,2 faiz, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 8,5 faiz artıb.
“2024-cü ilin oktyabr ayında 0-dan 600 lariyə qədər aylıq əməkhaqqı alanların sayı 14,8% təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 7,7 faiz bəndi azalıb.
2024-cü ilin oktyabr ayında 2400 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 29,3 faiz təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 11 faiz bəndi artım deməkdir.
2024-cü ilin oktyabr ayında 9600 lari və daha çox aylıq əməkhaqqı alanların sayı 2,5 faiz təşkil edib ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,6 faiz bəndi, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 0,9 faiz bəndi artım deməkdir.


