09 
Nybr
2026
10:20
67

Güclü qar yağışı səbəbindən Nakerala aşırımında bəzi nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb

Güclü qar yağışı ilə əlaqədar Kutaisi (Motsameta)–Tkibuli–Ambrolauri avtomobil yolunun 39–50-ci kilometrləri arasında, Nakerala aşırımı ərazisində qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq qadağan edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb.

Digər növ avtomobillərin hərəkəti isə sərbəstdir.

Bizimlə əlaqə saxlayın