24 
Nybr
2024
19:54
1104

Kaxetidə baş verən cinayət hadisəsi ilə bağlı əlavə təfərrüatlar məlum olub

Kardenaxi kəndində 2 nəfərin qətlə yetirilməsi ilə bağlı əlavə təfərrüatlar məlum olub.

InterPress.ge xəbər verir ki, qətldə üçüncü şəxsin iştirak edib-etmədiyi hələlik bəlli deyil.

Yerli sakinlərin sözlərinə görə, iki şəxs bir-birinə atəş açıb, nəticədə hər ikisi ölüb.

Əldə olan məlumata görə, qətlin səbəbi qisasdır.  Tərəflər arasında bir neçə ildir ki, münaqişə olub və son vaxtlar xüsusilə kəskinləşib. Həmkəndlilərinin sözlərinə görə, tərəflər arasında əvvəllər də dəfələrlə fiziki qarşıdurma olub, odlu silahdan da istifadə olunub. Lakin polisin keçmişdə baş verən hadisələrə necə reaksiya verdiyi məlum deyil.

Bu gün baş verən qətl hadisəsindən sonra kriminal polis təkcə hadisə yerində deyil, daxil olan əməliyyat məlumatı əsasında daha bir neçə yerdə də əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 2 və daha çox şəxsi ağırlaşdırıcı şəraitdə qəsdən öldürmə maddəsi ilə istintaq başlanılıb.

Bizimlə əlaqə saxlayın