Aksiyada saxlanılan iki gənci 7 ilə qədər həbs cəzası gözləyir
17 və 21 yaşlı gənclər Tbilisidə etiraz aksiyasında polislərə hücum etmək və od vurmaqla əmlaka ziyan vermək ittihamı ilə saxlanılıblar, onları 7 ilə qədər həbs gözləyir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
2007-ci il təvəllüdlü M.Q. və əvvəllər dəfələrlə məhkum olunmuş - 2003-cü il təvəllüdlü Q.M. saxlanılıb.
Söhbət 29 noyabr aksiyasından gedir. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Q.M. DİN əməkdaşının bədəninin müxtəlif nahiyələrinə pirotexniki vasitələr ataraq xəsarət yetirib. Həmin gün M.Q-nin parlament binasına tərəf yandırıcı maddə atması parlament binasının otaqlarından birində yanğına səbəb olub.
Bundan əlavə, Daxili İşlər Nazirliyi bildirir ki, aparılan istintaq tədbirləri çərçivəsində xidməti fəaliyyətlə məşğul olan zaman polis əməkdaşlarına hücum etmək və od vurmaqla əmlaka ziyan vurmaq ittihamı ilə 3 nəfər tutulub.
Daxili İşlər Nazirliyi onu da bildirir ki, indiki etiraz aksiyaları zamanı İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 224 nəfər saxlanılıb.
Baş vermiş 74 işdən 36 nəfərə inzibati qaydada inzibati həbs cəzası verilib.
4 nəfərə göstəriş verilib.
Məhkəmədə digər saxlanılan şəxlərin məhkəməsi davam edir.


