Ötən gecə Tbilisidə davam edən aksiyada neçə polis əməkdaşının xəsarət aldığı açıqlandı
Ötən gecə Tbilisidə davam edən aksiya zamanı DİN-in 21 əməkdaşı xəsarət alıb.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Ümumilikdə son aksiyalar zamanı Daxili İşlər Nazirliyinin 113 əməkdaşı xəsarət alıb, onlardan 4-ü tibb müəssisələrindədir.
"Bu il dekabrın 1-2-də Rustaveli prospektində, Parlamentin yaxınlığında baş verən hadisələri ictimaiyyətə çatdırmaq istərdik.
Aksiya iştirakçılarının qanunsuz və zorakı hərəkətləri nəticəsində ötən gecə Daxili İşlər Nazirliyinin 21 əməkdaşı xəsarət alıb. Xəsarət alanlardan bəzilərinin baş, üz və bədən xəsarətləri var.
Ümumilikdə, son etiraz aksiyaları zamanı Daxili İşlər Nazirliyinin 113 əməkdaşının sağlamlığına ziyan dəyib, onlardan 4-ü hələ də tibb müəssisələrindədir”, - məlumatda deyilir.


