02 
Dek
2024
11:48
234

Aksiyada saxlanılan 98 nəfərin iş materialları Tbilisi Şəhər Məhkəməsinə təqdim edilib

Tbilisidə davam edən aksiyalar fonunda artıq 98 nəfərin inzibati işinin materialları Tbilisi Şəhər Məhkəməsinə təqdim edilib, onlardan 74 nəfərin barəsində icraat yekunlaşıb.

InterPress.ge xəbər verir ki, bununla bağlı DİN məlumat verib.

Məlumata görə, 36 nəfər cərimələnib, 34 nəfər barəsində inzibati həbs cəzası verilib, 4 nəfərə  göstəriş verilib.

“Eyni şəkildə, ötən günlərdə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, aksiyanın gedişində aksiya iştirakçılarının bəziləri bir neçə dəfə təxribat xarakterli hərəkətlərə yol veriblər.

İctimaiyyət zorakılıq törədən qrupların Parlament binasına və Rustaveli prospektində yerləşən infrastruktura necə ziyan vurduğunu izləyib.

Gecə saatlarında aksiya iştirakçıları Rustaveli prospektində bələdiyyə mülkiyyətinə və fiziki şəxslərin əmlakına ziyan vurub, zədələnmiş əşyalar vasitəsilə barrikadalar qurub, bəzi əşyaları yandırıblar”, - məlumatda deyilir.

İnzibati Xətalar Məcəlləsinə əsasən ümumilikdə 224 nəfər saxlanılıb 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər