Nazir: Bizim borcumuz təhsil məkanını siyasətdən qorumaqdır
"Təhsil, elm və gənclər naziri kimi mənim üçün ictimai və ümumilikdə təhsil məkanını siyasiləşdirmək yolverilməzdir”.
InterPress.ge xəbər verir ki, bu barədə Aleksandre Tsuladze hökumət administrasiyasında keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, təhsil müəssisələrinin öhdəlikləri var, onlar təhsil prosesinin rəvan keçməsi üçün maliyyə alırlar. Müvafiq olaraq, Nazirlik onları dərhal tədris proseslərini bərpa etməyə və öhdəliklərini yerinə yetirməyə çağırır.
"Biz dövlət olaraq təmin etməliyik ki, siyasət bizim tərəfimizdən təhsil ocaqlarına girməsin, təhsil məkanını siyasətdən qorumaq bizim borcumuzdur ki, siyasət siyasi rəqiblər tərəfindən məktəblərə və universitetlərə daxil olmasın. Buna görə də bu, bizim və təhsil müəssisələrinin borcudur. Yəni, məktəblər və universitetlər tədris prosesini rəvan təmin etmək icazə prosesində nəzərdə tutulduğu kimi və digər tərəfdən təhsil müəssisələri ilə müqavilələrdə nəzərdə tutulduğu kimi məsuliyyət daşıyır.
Yəni, təhsil müəssisələri, məktəblər, universitetlər də məhz ona görə maliyyə alır ki, onlar bu prosesi rəvan təmin etsinlər və mənim şəxsi fikrim budur ki, bu prosesin gecikdirilməsi bu öhdəliyin pozulmasıdır və tərəfimizdən xoş qaşılanmayavaq.Əksinə, biz onları dərhal tədris proseslərini bərpa etməyə və öhdəliklərini yerinə yetirməyə davam etməyə çağırırıq”, - deyə təhsil, elm və gənclər naziri bildirib.


