03 
Dek
2024
20:40
250

Vətəndaşlar parlamentin yaxınlığında etiraz aksiyasına hazırlaşır

Gürcüstan parlamentinin yaxınlığında, Rustaveli prospektində vətəndaşlar yenə də etiraz aksiyasına hazırlaşır.

InterPress.ge xəbər verir ki, mitinq iştirakçıları artıq Rustaveli prospektini bağlayıblar.

Onlar özləri ilə Gürcüstan, Avropa İttifaqı və Almaniyanın bayraqları gətiriblər. Müxtəlif məzmunlu bannerlər də var, üzərində “Biz sevgi ilə dayanırıq... bizi qorxuda bilməzsiniz!” sözləri yazılıb.

Aksiyaya paralel olaraq 9 Aprel və Çiçinadze küçələrini mühasirəyə alan Daxili İşlər Nazirliyinin əməkdaşları da hadisə yerinə səfərbər olunub. Həmçinin, Xüsusi Tapşırıqlar Departamentinin əməkdaşları parlamentin daxili ərazisində qalxanlarla dayanıblar.

Bundan əlavə, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı texnikasının da yerləşdiyi Azadlıq meydanında Daxili İşlər Nazirliyinin əməkdaşları səfərbər olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər