03 
Dek
2024
22:56
234

Daxili İşlər Nazirliyi partlayış hazırlamaq ittihamı ilə bir nəfəri saxlayıb

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində 1999-cu il təvə D.X. partlayış hazırlamaq ittihamı ilə saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi bildirir.

“Əvvəlcə hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi aksiya zamanı yolun hərəkət hissəsini süni şəkildə bağladığına və polisin qanuni tələbinə tabe olmadığına görə saxlayıblar. D.X.-nın şəxsi axtarışı nəticəsində Molotov kokteyli aşkar edilib, onun aktivləşdirilməsi insan orqanizminə ciddi xəsarət və ya həyat itkisinə səbəb ola bilər.

Aparılan ekspertizanın rəyinə görə, şüşə butulkaların ətrafına bükülmüş parça qırıqlarında neft məhsullarının izləri var.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 18-229-cu maddəsinin 1-ci hissəsi ilə istintaq aparılır”, - deyə dərc olunan məlumatda bildirilir

Bizimlə əlaqə saxlayın