09 
Dek
2024
18:00
461

Azərbaycanın Gürcüstandakı səfirliyindən InterPress.ge-yə dəstək olunub

Dekabrın 6-da Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən Kvemo Kartilinin aparıcı xəbər portallarından biri olan InterPress.ge-yə yeni texniki avadanlıq və ofis stulları hədiyyə olunub.

InterPress.ge xəbər verir ki, səfir Faiq Quliyev avadanlığı və stulları InterPress.ge-nin rəhbəri Nahid Qurbanova şəxsən təqdim edib.

Təqdimat zamanı cənab səfir InterPress.ge-nin fəaliyyətini yüksək qiymətləndirib, nailiyyətlərindən söz açıb və redaksiyaya gələcək işlərində uğurlar arzulayıb.

Nahid Qurbanov isə Azərbaycan dövlətinə və səfirliyinə göstərilən dəstəyə görə minnətdarlığını ifadə edib. O, qeyd edib ki, Azərbaycan dövləti həmişə Gürcüstandakı azərbaycanlılara diqqət və qayğı ilə yanaşıb.

Bu hədiyyələr InterPress.ge-nin fəaliyyətini daha da genişləndirmək və keyfiyyətli xəbərlər təqdim etmək üçün əlavə stimul yaradacaq.

Bizimlə əlaqə saxlayın