İrakli Kobaxidze: "Qırmızı xətlərimiz" var, lakin Gürcüstanın Avropa İttifaqına üzv olması üçün hər şeyi etməyə hazırıq
"Xarici siyasət kursumuza gəlincə, hər şey gün kimi kimi aydındır, bizim xarici siyasət prioritetlərimiz dəqiq müəyyən edilib, o cümlədən konstitusiya səviyyəsində və məqsədimiz Avropa İttifaqına inteqrasiyadır, bunun üçün əlbəttə ki, hər şey ediləcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, kompromis predmeti ola bilməyən yeganə məsələ ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyüdür, qalan hər şey müzakirə mövzusudur.
"Güzəşt edilə bilməyən yeganə şey bizim suverenliyimiz, müstəqilliyimiz, ərazi bütövlüyümüzdür. Qalan hər şey, əlbəttə ki, müzakirə mövzusudur. Bizim “qırmızı xətlərimiz” var, lakin eyni zamanda, Gürcüstanın son nəticədə Avropa İttifaqına üzv olması üçün hər şeyi etməyə hazırıq. Bu, həm də yeni seçilmiş prezident, cənab Mixeil Kavelaşvilinin mövqeyidir. Hər şey ediləcək ki, biz nəhayət Avropa Birliyinə üzv dövlət olaq. 2030-cu ilə qədər Gürcüstanın Avropa İttifaqına daxil olmasının tamamilə real olduğunu düşünürük”, - baş nazir bildirib.


