Prezident şam ağacının işıqlandırılmasının təxirə salınmasına belə fikir bildirdi
"Məlum oldu ki, bu yolkanın işıqlandırılması bu axşam təxirə salındı. Düşünürəm ki, onlar barbar olmaq üçün yanıma gəlirlər. Sizə dinc bir axşam arzulayıram"
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində keçirilən mitinqə toplaşan vətəndaşlara deyib.
Salome Zurabişvili Tbilisi meriyasının bu günə planlaşdırılan yolkanın yandırılması mərasiminin təxirə salındığı qərarından danışıb.
“Bu axşam şam ağacının işıqlandırılması olmayacaq. Hamınız sülh içində bir yerdə olun, birlikdə olun və mən sizinləyəm, çünki burada heç bir təxribata imkan verməyəcəyik. Mən sizinləyəm, siz mənim ürəyimdəsiniz”, - Salome Zurabişvili vətəndaşlara müraciət edib.
Zurabişviliyə cavab olaraq “Sağ olun”, “Yaşasın Gürcüstan prezidenti” qışqırıqları eşidilib.


