22 
Dek
2024
19:52
574

Salome Zurabişvili Yeni il kəndi səhnəsindən yürüş iştirakçılarına müraciət edib

Gürcüstan Prezidenti Salome Zurabişvili Orbeliani meydanında Yeni il kəndində quraşdırılmış səhnədən aksiya-yürüş iştirakçılarına müraciət edib.

InterPress.ge xəbər verir ki, Zurabişvilinin sözlərinə görə, həm Orbeliani sarayı, həm də meydan gürcü xalqına məxsusdur. 

"Buraya gəldiyiniz üçün hər kəsə təşəkkür etmək istəyirəm. Sizə deyim ki, bura bizimdir. Bu səhnə bizimdir, bizi həbs edə bilməzlər. Orbeliani meydanı, saray, bu yer bizimdir, sizindir. Kaxetililərə və başqalarına da çox təşəkkür edirəm, təkcə Kaxetili deyiləm, həm də meqreləm, Quriyalıyam və gürcüyəm. Çox sağ olun! Saat 21:00-da görüşəcəyik”, - deyə prezident bildirib.

Xatırladaq ki, Gürcüstan prezidenti Salome Zurabişvili saat 21:00-da Rustaveli prospektində keçirilən mitinqdə vətəndaşlar qarşısında çıxış edəcək.

Bizimlə əlaqə saxlayın