22 
Dek
2024
22:24
424

"6 il əvvəl and içdiyim ölkənin konstitusiyasına sadiq qalıram" - Prezident

"6 il əvvəl and içdiyim ölkənin konstitusiyasına sadiq qalıram. Ayaqlar altında tapdalanan bu konstitusiya Gürcüstanın durduğu kimi dayanır".

InterPress.ge xəbər verir ki, Gürcüstan prezidenti Salome Zurabişvili Rustaveli prospektində toplaşan insanlara belə müraciət edib.

Prezidentin sözlərinə görə, o, Gürcüstan vətəndaşlarına sadiq qalır.

"İndi nə edəcəyimizi sizə demək istəyirəm. Birincisi, mən nə edəcəm? 6 il əvvəl and içdiyim ölkənin konstitusiyasına sadiq qalıram. Ayaqlar altında tapdalanan bu konstitusiya Gürcüstanın durduğu kimi dayanır. Mən yalnız davam edə və ona sadiq qala bilərəm. Bu gün bura gələn gürcü ordusuna, veteranlarına sadiq qalacağam. Həm də Gürcüstanı qoruyan orduya, gürcü ordusunu yaradan, təchiz edən, gücləndirən tərəfdaşlara sadiq qalan orduya. Mən onun Ali Baş Komandanıyam və olacağam. Mən burada dayanan bu xalqa sadiqəm və sadiq olacağam, lakin təkcə burada dayanan bu insanlara deyil, mən hamının prezidentiyəm və olacam”, - Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın