Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri dayandırdı
Almaniya Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb.
InterPress.ge xəbər verir ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer sosial şəbəkədə bu barədə yazıb.
Almaniya səfiri dayandırılmış bir neçə layihə, o cümlədən yaşıl hidrogen, enerji infrastrukturu layihələri, həmçinin Batumidə su infrastrukturunun maliyyələşdirilməsi barədə danışıb.
“Almaniya təəssüflə Gürcüstanla 237 milyon avroluq layihələri dayandırıb.
Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi və nazir Svenya Şulze Gürcüstanın Avropa İttifaqına gedən yolu tərk etməsinə və etirazlara qarşı sərt tədbirlər görməsinə reaksiya verir.
Biz Batumidə yaşıl hidrogen, enerji infrastrukturu və su infrastrukturunun maliyyələşdirilməsini dayandırdıq.
Vətəndaş cəmiyyəti və qanunun aliliyinə dəstək davam edir”, - Peter Fişer yazıb.


