27 
Dek
2024
22:50
321

Kobaxidze ABŞ-ın İvanişviliyə sanksiya tətbiq etməsinə cavab verdi: "Ölkəmizin milli maraqlarının qorunmasına görə verilən mükafatdır"

"Bu, əslində ölkəmizin milli maraqlarının qorunmasına görə verilən mükafatdır".

InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ Maliyyə Nazirliyinin “Gürcü arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə sanksiya tətbiq etməsinə belə cavab verib.

İrakli Kobaxidzenin sözlərinə görə, Bidzina İvanişvilinin rəsmi olaraq sanksiyaya məruz qalması ilə heç nə dəyişməyib, çünki de-fakto sanksiyaya məruz qalıb.

"Cənab Bidzina İvanişvili əvvəllər de-fakto sanksiyalara məruz qalmışdı və o, demək olar ki, rəsmi sanksiyalarla üç il şantaj edilib. İndi bu şantaj səbəbi də aradan qalxıb. Bilmirəm, müxalifətə nə kömək edəcək. Əslində heç nə dəyişməyib. De-fakto sanksiyalar artıq qüvvədə idi və bu qeyri-rəsmi sanksiyalar bircə ona görə idi ki, bu adam bu ölkənin milli maraqlarından əl çəkmədi.

Bilirsiniz ki, 2022-ci ildə ölkəmizin qarşısında hansı çətinliklər var idi, komandadan nə tələb olunurdu, cənab Bidzina İvanişvilidən konkret olaraq nələr tələb olunurdu və məhz ona görədir ki, o, ölkəmizin fundamental, əsas maraqlarına qarşı çıxmayıb, ona görə də ilk dəfə de-fakto sanksiyalar tətbiq edilib, indi isə, sonda elə bir qərar verilib ki, heç bir ciddi çəkisi yoxdur. Əksinə, bu qərarla şantaj aləti nəhayət onların əlindən alındı. Qlobal Müharibə Partiyası dediyimiz qüvvə üç ildir ki, bunu edir. İşlərin başqa istiqamətdə dəyişəcəyinə çox böyük ümidlərim var. Lakin reallıqda heç nə dəyişməyib, az əvvəl cənab Bidzina İvanişvili ilə söhbətim olub, onun da mövqeyi tam eynidir. Sadəcə, Bidzina İvanişvili bu ölkənin maraqlarına xidmət etdiyi üçün üç il ərzində o, de-fakto sanksiyalar altında idi. Bu rəsmi sanksiya indi həyata keçirilib. Xüsusi heç nə yoxdur, əslində bu, ölkəmizin milli maraqlarının qorunmasına görə verilən mükafatdır”, - deyə baş nazir bildirib.

 

 

Bizimlə əlaqə saxlayın