28 
Dek
2024
18:17
284

Vahid Milli Hərəkat Partiyasının liderləri Azərbaycanın Gürcüstandakı səfirliyində başsağlığı ziyarəti ediblər

Vahid Milli Hərəkat Partiyasının liderləri və nümayəndələri – Petre Tsiskarishvili, Tina Bokuçava, Ceyhun Məhəmmədəli, Qiorqi Tsereteli, Levan Bejaşvili, Lela Jejelava və Ramaz Nikoleyişvili Azərbaycanın Gürcüstandakı səfirliyini ziyarət ediblər.

InterPress.ge xəbər verir ki, səfər zamanı partiya üzvləri 25 dekabr tarixində baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı veriblər.

Liderlər başsağlığı kitabına öz ürək sözlərini yazaraq bu ağır itki ilə bağlı kədərlərini ifadə ediblər. Onlar qeyd ediblər ki, Gürcüstan xalqı Azərbaycan xalqının acısına hər zaman şərikdir və bu birlik dostluğun əsl simvoludur.

Eyni zamanda, partiya liderləri Gürcüstanın 3-cü Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan xalqına ünvanladığı başsağlığı mesajını Azərbaycanın Gürcüstandakı səfiri cənab Faiq Quliyevə çatdırıblar. Saakaşvili mesajında Azərbaycan və Gürcüstan xalqları arasındakı möhkəm dostluq və həmrəyliyi bir daha vurğulayıb.

Ziyarət zamanı vurğulanıb ki, Azərbaycan və Gürcüstan xalqları hər zaman bir-birlərinin sevinc və kədərini bölüşüb, çətin anlarda bir-birinə dəstək olublar. Bu ziyarət də iki xalq arasındakı dostluq əlaqələrinin növbəti nümunəsi kimi qiymətləndirilib.

Bizimlə əlaqə saxlayın