31 
Dek
2024
21:49
296

Almaniya Gürcüstanda dinc nümayişçilərə və müxalifət üzvlərinə qarşı zorakılığa görə məsuliyyət daşıyan 9 nəfərin ölkəyə girişinə qadağa qoydu

Almaniya Gürcüstanda dinc nümayişçilərə və müxalifət üzvlərinə qarşı zorakılığa görə məsuliyyət daşıyan 9 nəfərin ölkəyə girişinə qadağa qoyub.

InterPress.ge xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi öz səhifəsində məlumat yayıb

Bəyanata görə, Gürcüstanda vəziyyət narahatverici olaraq qalır.

“Bu gün Almaniya Gürcüstanda dinc nümayişçilərə və müxalifət üzvlərinə qarşı zorakılığa görə məsuliyyət daşıyan 9 nəfərin ölkəyə girişinə qadağa qoydu. Dinc etiraz hüququ universal insan hüquqlarından biridir - onu qorumaq bizim borcumuzdur.

Gürcüstanda vəziyyət hələ də narahatlıq doğurur.

Fransa, Polşa və Almaniyanın xarici işlər nazirləri birlikdə Gürcüstanı kursunu dəyişməyə çağırıblar”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın