01 
Mar
2025
01:03
288

Emmanuel Macron: "Aqressor Rusiyadır, Ukrayna isə qurban – bunu unutmamalıyıq"

Fransa prezidenti Emmanuel Macron, Ukraynaya dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayaraq, Rusiyanın aqressor, Ukraynanın isə hücuma məruz qalan tərəf olduğunu unutmağın yolverilməz olduğunu bildirib.

"Aqressor var – bu, Rusiyadır. Hücuma məruz qalan bir xalq var – bu, Ukraynadır. Düşünürəm ki, üç il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarımız düzgün idi. Biz bu dəstəyi davam etdiririk və burada 'biz' dedikdə ABŞ, Avropa dövlətləri, Kanada, Yaponiya və bir çox digər ölkələri nəzərdə tuturam", – deyə Macron bəyan edib.

O, Ukraynaya yardım göstərən hər kəsə təşəkkürünü bildirib və Ukrayna əsgərlərinin mübarizəsinə hörmət göstərilməsinin vacibliyini vurğulayıb.

"Biz onlara – mübarizə aparan insanlara hörmət etməliyik. Onlar öz ləyaqətləri, müstəqillikləri, övladları və Avropanın təhlükəsizliyi üçün döyüşürlər. Bunlar sadə, lakin unudulmamalı məqamlardır", – deyə Fransa prezidenti əlavə edib.

Macronun bu açıqlaması Donald Trump və Volodimir Zelenski arasında Ağ Evdə baş verən mübahisədən sonra Ukraynaya beynəlxalq dəstəyin davam etdirilməsi istiqamətində verilmiş növbəti mesaj kimi qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər