Parlament qarşısında etiraz aksiyası keçirilir
Tbilisidə parlament binası qarşısında etiraz aksiyası yenidən başlayıb, etirazçılar Rustaveli prospektini bağlayıblar.
InterPress.ge xəbər verir ki, 94-cü gündür davam edən fasiləsiz etirazlarda iştirakçılar eyni tələblərlə parlament qarşısına toplaşıblar:
- Erkən parlament seçkilərinin təyin edilməsi
- Etirazlar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması
Aksiya iştirakçıları Gürcüstan, Ukrayna və Avropa İttifaqının bayraqlarını dalğalandırırlar və müxtəlif şüarlar səsləndirirlər:
- "Seçkilər təyin edin, dayanmarıq!"
- "Ədalət olmayacaqsa, sülh də olmayacaq!"
- "Oliqarxiyaya qarşı mübarizə!"
Eyni zamanda, etirazlar Gürcüstan İctimai Yayımçısının binası qarşısında da keçirilir. Buradan nümayişçilər ənənəvi olaraq Rustaveli prospektinə yürüş edəcəklər.
Aksiya iştirakçıları həmçinin müxtəlif məzmunlu plakatlar və Gürcüstan ilə Avropa İttifaqının bayraqlarını gətiriblər. Hazırda polis ərazidə təhlükəsizliyi təmin etmək üçün gücləndirilmiş rejimdə xidmət aparır.


