03 
Mar
2025
21:44
285

Zelenski: “Rusiya sülh istəyirsə, dinc əhaliyə ballistik raketlərlə hücum etməz”

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dinc əhalini ballistik raketlərlə hədəf aldığını bildirərək, Moskvanı hücumları dayandırmağa məcbur etmək üçün dünya ölkələrindən daha çox kollektiv güc tələb olunduğunu vurğulayıb.

Zelenski qeyd edib ki, Ukrayna layiq olduğu normal və təhlükəsiz həyat, eləcə də ədalətli və etibarlı sülh uğrunda mübarizə aparır.

"Biz istəyirik ki, bu müharibə bitsin, lakin Rusiya bunu dayandırmır və hava hücumları ilə terroru davam etdirir. Son bir həftə ərzində Ukrayna şəhərlərinin məhv edilməsi və insanların qətlə yetirilməsi üçün 1 050-dən çox hücum dronu, 1 300-ə yaxın hava bombası və 20-dən çox raket atılıb" – deyə Ukrayna lideri bildirib.

Onun sözlərinə görə, Kiyevin hava hücumundan müdafiəsinin gücləndirilməsi, ordunun dəstəklənməsi və effektiv təhlükəsizlik zəmanətləri Rusiya təcavüzünün təkrarlanmasını mümkünsüz edəcək.

"Biz diqqətimizi məhz buna yönəltməliyik. Ədalət qalib gəlməlidir," – deyə Zelenski vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər