03 
Mar
2025
21:49
396

Tramp: "Zelenskinin bu açıqlaması ən pis bəyanatdır, Amerika bunu uzun müddət qəbul etməyəcək!"

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibənin bitməsi üçün razılaşmanın "hələ çox uzaqda" olması ilə bağlı bəyanatına kəskin reaksiya verib.

Tramp Truth Social platformasında paylaşım edərək bildirib ki, Zelenski sülh istəmir və bunu yalnız ABŞ-ın dəstəyi olduğu müddətcə davam etdirir.

"Mən məhz bundan danışırdım – bu adam sülh istəmir, çünki hələ də Amerikanın dəstəyinə sahibdir. Avropalılar Zelenski ilə görüşdə açıq şəkildə bildirdilər ki, ABŞ olmadan bunun öhdəsindən gələ bilməzlər. Bu, yəqin ki, Rusiyaya qarşı güc nümayiş etdirmək baxımından ən uğursuz açıqlamadır. Onlar nə düşünürlər?" – deyə Tramp yazıb.

Onun sözlərinə görə, ABŞ bu vəziyyəti uzun müddət qəbul etməyəcək və Zelenskinin mövqeyi Qərbin dəstəyinə təsir edə bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər