Tramp Ukraynaya hərbi yardımın dayandırılması əmrini verdi
ABŞ prezidenti Donald Tramp Ukraynaya hərbi yardımın dayandırılması barədə göstəriş verib.
InterPress.ge xəbər verir ki, bu barədə CNN xəbər agentliyi məlumatı Ağ Ev rəsmisinə istinadən yayıb.
"Prezident açıq şəkildə bildirdi ki, o, sülhə yönəlib. Bizə lazımdır ki, tərəfdaşlarımız da bu məqsədə sadiq qalsınlar. Yardımımızı dayandırır və yenidən nəzərdən keçiririk ki, onun həqiqətən həll yoluna töhfə verdiyindən əmin olaq." – deyə Ağ Ev rəsmisi bildirib.
Ağ Evin digər rəsmisi qeyd edib ki, yardımın dayandırılması Ukraynaya hələ göndərilməmiş bütün hərbi texnikaya şamil ediləcək.
Onun sözlərinə görə, bu qərar keçən həftə Zelenskinin Ağ Evdəki davranışına birbaşa cavabdır. Rəsmilər vurğulayıblar ki, yardımın dayandırılması ləğv oluna bilər, əgər Zelenski Ukraynada müharibənin dayandırılması üçün danışıqlara sadiqlik nümayiş etdirərsə.


