06 
Mar
2025
10:09
330

Makron: “Artıq Rusiyanın sözünə inana bilmərik, kim zəmanət verə bilər ki, Ukraynada dayanacaq?”

"Artıq Rusiyanın verdiyi sözə inanmaq mümkün deyil və Moskvanın yalnız Ukrayna ilə kifayətlənəcəyinə inanmaq sadəlövhlük olardı."

InterPress.ge xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron, Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə bağlı çıxışında bildirib.

“Rusiya silahlanmanı davam etdirir və 2030-cu ilə qədər ordusunu daha da gücləndirməyi planlaşdırır: əlavə 300 min əsgər, 3 min tank, 300 döyüş təyyarəsi…
Bu şəraitdə kim inana bilər ki, bu günkü Rusiya Ukraynada dayanacaq? Hazırda danışdığımız anda və gələcək illər üçün Rusiya həm Fransa, həm də Avropa üçün təhlükəyə çevrilib”, – deyə Makron vurğulayıb.

Fransa lideri Minsk razılaşmasını xatırladaraq, 2014-cü ildən bəri Rusiyanın dəfələrlə razılaşmaları pozduğunu bildirib:

“Biz 2014-cü ildə Minskdə atəşkəs haqqında razılığa gəldik. Lakin Rusiya buna hörmət etmədi və biz güclü təminatlar olmadığı üçün tarazlığı qoruya bilmədik. Bu gün Rusiyanın sözünə inanmaq mümkün deyil. Ukraynanın sülh və təhlükəsizlik hüququ var və bu, bizim və Avropanın təhlükəsizlik maraqlarına uyğundur”.

Makron əlavə edib ki, Fransa Böyük Britaniya, Almaniya və digər Avropa müttəfiqləri ilə birlikdə Ukraynanın müdafiəsi üçün fəal işləyir.

Fransa prezidenti həmçinin Fransanın nüvə qüvvələrindən istifadə edərək Avropa müttəfiqlərini qorumaq üçün strateji müzakirələr açmağa hazır olduğunu bildirib.

“Bizim nüvə deterenti [qoruyucu qüvvələrimiz] bizi qoruyur; o, tamamilə suveren və Fransa dövlətinə məxsusdur. Almaniyanın gələcək kansleri Fridrix Mertsin tarixi çağırışına cavab olaraq, Avropada müttəfiqlərimizin müdafiəsi üçün nüvə deterentimizlə bağlı strateji debatlara başlamaq qərarına gəldim. Lakin, hər nə olursa-olsun, bu sahədə son qərar həmişə Fransa Prezidentinin əlində qalacaq” – Makron vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər