06 
Mar
2025
10:13
210

Zelenski: “Sülh real olmalıdır, Ukraynanın kapitulyasiyası anlamına gələ bilməz”

Ukrayna Prezidenti Volodimir Zelenski, Fransa Prezidenti Emmanuel Makronun mövqeyini alqışlayaraq, sülhün yalnız ədalətli, etibarlı və uzunmüddətli olması halında mümkün olduğunu vurğulayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Zelenski sosial platforma X-də yazıb.

“Emmanuel Makronun aydın baxışı və sülhə nail olmaq üçün ortaq səylərimizə görə minnətdaram. Sülh sadəcə bir söz deyil, o, real olmalıdır. Bu, Ukraynanın kapitulyasiyası və ya parçalanması mənasına gələ bilməz”, – Zelenski X-də yazıb.

O əlavə edib ki, dayanıqlı sülh yalnız Ukraynanın, Avropanın və bütün dünyanın güclü və uzunmüddətli təhlükəsizlik təminatlarına malik olması ilə mümkündür.

“Biz Ukraynanı dəstəkləyən və Avropanın müdafiə qabiliyyətini gücləndirən hər kəsin liderliyini və səylərini yüksək qiymətləndiririk. Qarşıdakı günlərdə sülhə doğru atılacaq addımlar üzərində birgə işləməyi səbirsizliklə gözləyirik”, – deyə Zelenski bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər