19 
Mar
2025
12:04
272

Salome Zurabişvili: “Putin enerji və infrastruktur hücumlarını dayandırmağa razı oldu, amma şəhərlərə və xəstəxanalara yox”

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında baş tutan telefon danışığına münasibət bildirib.

InterPress.ge xəbər verir ki, o, qeyd edib ki, Putin enerji və infrastruktur obyektlərinə hücumları dayandırmağa razı olub, lakin şəhərlərə, xəstəxanalara və mülki obyektlərə hücumları davam etdirəcək.

“Putin enerji və infrastruktur obyektlərinə hücumları dayandırmağa razı oldu, amma mülki obyektlərə, şəhərlərə və xəstəxanalara yox. Yəqin ki, dərhal atəşkəsə çağırış insan itkilərinin qarşısını almağa yox, Rusiya aktivlərini qorumağa yönəlmişdi. Bu, Putinin sülh yolu anlayışıdır”, – deyə Zurabişvili X (keçmiş Twitter) platformasında yazıb.

Xatırladaq ki, dünən ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı baş tutub. Bu söhbətdən sonra Kreml bəyan etdi ki, Vladimir Putin Donald Trampın təşəbbüsünü müsbət qarşılayıb və Rusiya hərbçilərinə enerji obyektlərinə hücumları 30 gün müddətinə dayandırmaq əmri verib.

Bizimlə əlaqə saxlayın