19 
Mar
2025
12:32
204

ABŞ Milli Təhlükəsizlik Agentlikləri rus diversiyası və kiberhücumlarla mübarizəni dayandırıb – Reuters

 

ABŞ-ın milli təhlükəsizlik agentlikləri Rusiyanın diversiya, dezinformasiya və kiberhücumlarına qarşı koordinasiyalı mübarizəni dayandırıb.

InterPress.ge xəbər verir ki,bu barədə Reuters agentliyi amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərarın əsas məqsədi ABŞ Prezidenti Donald Tramp administrasiyasının Ukraynadakı müharibənin sona çatdırılması üçün Rusiyaya təzyiqi azaltmaqdır.

Amerikalı rəsmilərin bildirdiyinə görə, Rusiya Qərb ölkələrinə qarşı diversiya fəaliyyətlərini gücləndirdiyi bir vaxtda, keçmiş ABŞ Prezidenti Co Bayden ötən il milli təhlükəsizlik komandasına bu fəaliyyətlərin monitorinqi üçün xüsusi işçi qruplarının yaradılmasını tapşırmışdı.

Prosesdə ən azı yeddi Amerika milli təhlükəsizlik agentliyi iştirak edirdi, lakin Donald Tramp prezident olduqdan sonra bu işlərin əksəriyyəti dayandırılıb. Xüsusilə:

• ABŞ Milli Təhlükəsizlik Şurası (NSC) ilə Avropa rəsmiləri arasında müntəzəm görüşlər ləğv edilib;

• NSC artıq ABŞ agentlikləri arasında koordinasiyanı həyata keçirmir.

Reuters yazır ki, ABŞ-ın Avropaya diversiya kampaniyaları ilə bağlı kəşfiyyat məlumatlarını hansı intensivliklə ötürdüyü hələlik məlum deyil. Bununla belə, Böyük Britaniya hökumət nümayəndələri bildiriblər ki, ABŞ və Böyük Britaniya arasında kəşfiyyat məlumatlarının müntəzəm mübadiləsi davam edir.

Bizimlə əlaqə saxlayın