
Marneuli bələdiyyəsində iftar süfrəsi təşkil olunub
Marneuli Bələdiyyəsinin yerli özünüidarəetməsi Ramazan ayına ehtiram əlaməti olaraq müsəlman icması üçün iftar süfrəsi təşkil edib.
InterPress.ge xəbər verir ki, tədbirdə Marneuli Bələdiyyəsinin meri Kənan Ömərov, Gürcüstan Parlamentinin üzvü Zaur Darğallı, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Giorgadze, bütün Gürcüstanın şeyxi Faiq Nəbiyev, Şərqi Gürcüstanın müftisi Etibar Eminov, diplomatik korpusun nümayəndələri və yerli sakinlər iştirak ediblər.
Çıxış edən rəsmi şəxslər və din xadimləri bu müqəddəs ayın mənəvi dəyərlərindən danışaraq, Ramazan ayı münasibətilə müsəlmanları təbrik ediblər.
İftar süfrəsində dini xadimlər, yerli özünüidarəetmə orqanlarının nümayəndələri, Marneuli Bələdiyyə Məclisinin üzvləri, yerli möminlər və dəvət olunmuş qonaqlar iştirak ediblər.