
Məhkəmə Tramp administrasiyasının “Azadlıq Radiosu”nun maliyyələşdirilməsini dayandırmaq qərarını müvəqqəti bloklayıb
ABŞ-ın federal hakimi Donald Tramp administrasiyasının “Azadlıq Radiosu”nun maliyyələşdirilməsini dayandırmaq qərarını müvəqqəti olaraq bloklayıb.
InterPress.ge xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, Vaşinqton Federal Dairə Məhkəməsinin hakimi Rois Lamber “Azadlıq Radiosu”nun müvəqqəti məhdudlaşdırıcı order verilməsi ilə bağlı müraciətini təmin edib. Bu qərar yayım şirkətinə müəyyən müddət ərzində fəaliyyətini davam etdirmək imkanı verəcək.
Hakim bildirib ki, “Bu informasiya təşkilatı onilliklər boyu Konqres tərəfindən müəyyən edilən siyasəti həyata keçirən qurumlardan biri olub və ABŞ Qlobal Medianın İdarəsi (USAGM) onu sadəcə bir cümləlik açıqlama və kiçik izahatla bağlaya bilməz – hətta prezidentin əmrinə əsaslansa belə”.
Xatırladaq ki, 15 martda ABŞ prezidenti Donald Trampın imzaladığı icra sərəncamı əsasında ABŞ Qlobal Medianın İdarəsi (USAGM) Azadlıq Radiosuna qrant ayırmağı dayandırıb və “Amerikanın Səsi”nin 1300-dən çox əməkdaşını ödənişli inzibati məzuniyyətə göndərib.
Buna cavab olaraq, 19 martda Azadlıq Radiosu USAGM, onun icraçı direktoru Viktor Morales və xüsusi müşaviri Kerri Leykə qarşı məhkəmə iddiası qaldırıb