27 
Mar
2025
11:20
191

Zelenski: “Cəmiyyətdəki sabitsizlik – Putinin qorxduğu əsas şeydir”

"Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin cəmiyyətdə baş verəcək sabitsizlikdən qorxur."

InterPress.ge xəbər verir ki, o, bu barədə Qərb mediasına verdiyi müsahibədə danışıb.

“Cəmiyyətdəki sabitsizlik – bu, Vladimir Putinin qorxduğu əsas şeydir. Amma buna heç kim birbaşa təsir edə bilməz. O özü bu prosesi başladacaq. Onun iqtisadiyyatı buna səbəb olacaq, sanksiya siyasəti təsir göstərəcək. Əgər bizim tərəfdaşlarımız eyni dərəcədə güclü olsalar və yalnız supergüc nümayiş etdirmək deyil, real güclərini ortaya qoymaq istəsələr, Putinə təzyiq göstərə bilərlər. Bu zaman cəmiyyətdə sabitsizlik yaranacaq və Putin məhz bundan qorxur,” – deyə Zelenski vurğulayıb.

Zelenski əlavə edib ki, Putinin qorxduğu başqa bir məsələ də hakimiyyəti itirməkdir.

“Bu, bir tərəfdən cəmiyyətin sabitliyindən, digər tərəfdən isə onun yaşından asılıdır. O, tezliklə öləcək – bu faktdır və hər şey bitəcək. Yəni, onun məsələsi özünün uğursuz və təhlükəli tarixi sonluğundan əvvəl də başa çata bilər. Məhz bundan qorxur o,” – deyə Ukrayna Prezidenti qeyd edib.

Bizimlə əlaqə saxlayın