27 
Mar
2025
14:02
227

ABŞ, Qara dənizdə atəşkəs haqqında Rusiyanın tələblərini araşdıracaq

ABŞ, Qara dənizdə atəşkəs haqqında Rusiyanın tələblərini araşdıracaq.

InrerPress.ge xəbər verir ki,bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib. 

"Saudi Ərəbistanında keçirilən görüşümüzdən sonra ruslar bir sıra tələbləri irəli sürdülər, onları yerinə yetirmək istəyirlər, buna görə də biz onların tələblərini öyrənməyi planlaşdırırıq", – Rubio qeyd edib. 

Onun sözlərinə görə, Rusiya tələblərinin bəziləri, Avropa İttifaqı tərəfindən sanksiyaların ləğv edilməsinə aiddir. 

"Amerikalı rəsmilər çalışacaq ki, Rusiya mövqeyini və qarşılığında nələri tələb etdiklərini daha yaxşı başa düşək. Sonra bunu prezidentə təqdim edəcəyik və növbəti addımlar barədə qərar verəcəyik", – ABŞ Dövlət katibi vurğulayıb.

Xatırladaq ki, Ağ Ev 23-25 mart tarixlərində Saudi Ərəbistanında Rusiyanın və Ukraynanın nümayəndə heyətləri ilə keçirilən danışıqlardan sonra fərdi bəyanatlar yayıb. Hər iki bəyanatda qeyd edilib ki, "Qara dənizdə təhlükəsiz gəmiçilik təmin edilməsi, güc tətbiq edilməməsi və hərbi məqsədlər üçün ticarət gəmilərinin istifadəsinin qarşısının alınması" barədə Ukrayna və Rusiya ABŞ ilə razılığa gəliblər 

Daha sonra, Səudiyyə Ərəbistanında ABŞ nümayəndə heyəti ilə keçirilən görüşün nəticələri barədə Kremlin öz bəyanatını yayıb və Qara dənizdə atəşkəsə qədər sanksiyaların bir hissəsinin ləğv edilməsini tələb edib. Bunlara, xüsusən də, "Rosselxozbank" və digər maliyyə qurumları üçün beynəlxalq ticarət əməliyyatlarının təmin edilməsində iştirak edən sanksiyalar, ticarət maliyyələşdirmə əməliyyatlarına tətbiq olunan məhdudiyyətlər, limanlarda gəmilərin xidmət göstərilməsi və Rusiyanın bayrağı altında olan gəmilərin qida ticarətində iştirak etməsi ilə bağlı sanksiyaların ləğvi daxildir. Həmçinin, Rusiya Federasiyasına kənd təsərrüfatı texnikası və digər qida istehsalında istifadə edilən malların tədarükünə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması tələb edilib.

Bizimlə əlaqə saxlayın