Parlament qarşısındakı aksiyada bir neçə nəfər saxlanıldı – gərginlik artır
Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyası gərginləşib.
InterPress.ge xəbər verir ki, etirazçılar Rustaveli prospektində avtomobil yolunu bağlamağa çalışdılar, lakin polis buna imkan vermədi, nəticədə etirazçılarla hüquq-mühafizə orqanları arasında sözlü və fiziki qarşıdurmalar baş verdi.
Aksiyanın bir neçə iştirakçısı saxlanılıb, o cümlədən, “Dəyişiklik üçün Koalisiya”nın liderlərindən biri Elene Xoştaria, bir qədər əvvəl ərazidən polis tərəfindən uzaqlaşdırıldı.
Etirazçılar skandirlər səsləndirirlər:
“Ruslar, kölələr!”
“Müharibəni kim başladı?”
Aksiya, “Vahid Milli Hərəkat” hakimiyyətinin fəaliyyətini araşdıran parlamentin müvəqqəti istintaq komissiyasının işinə qarşı yönəlib.
Hadisə yerində polis qüvvələri gücləndirilmiş rejimdə çalışır və gərginlik hələ də davam edir.


