Rusiya əlaqələri bərpa etməyə hazırdır – Peskov
Rusiya, münasibətləri normallaşdırmaq istəyən ölkələrlə əlaqələri bərpa etməyə hazırdır.
InterPress.ge xəbər verir ki,bu barədə Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında bildirib.
O, Finlandiya prezidenti Aleksandr Stubbun sözlərinə cavab verib. Stubbun fikrincə, Helsinkinin Rusiya ilə əlaqələrin bərpasına "zehni cəhətdən hazırlaşması" lazımdır.
"Prezident Putin dəfələrlə bəyan edib ki, ölkəmiz münasibətlərin normallaşmasına açıqdır", – deyə Peskov vurğulayıb.
Peskov əlavə edib ki, Rusiya heç vaxt digər dövlətlərlə münasibətlərin pozulmasının təşəbbüskarı olmayıb.
"Xatırladım ki, prezident demişdi: Finlandiya və İsveçlə heç bir problemimiz yox idi. İndi isə onların ərazilərində NATO-nun hərbi infrastrukturu yerləşdirilir", – Kremlin sözçüsü bildirib.


