03 
Apr
2025
15:08
303

Macarıstan Beynəlxalq Cinayət Məhkəməsindən çıxır

Macarıstan hökuməti çərşənbə günü verdiyi bəyanatda ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (ICC) çıxacağını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Macarıstanın beynəlxalq kommunikasiya və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç bildirib.

Onun sözlərinə görə, ICC-dən çıxma prosesi cümə axşamından etibarən, ölkənin konstitusiya və beynəlxalq hüquq çərçivəsində başlamaqla həyata keçiriləcək.

Qeyd edək ki, bu açıqlama İsrailin Baş naziri Benyamin Netanyahunun Macarıstana səfəri fonunda verilib. Netanyahu bu ölkəyə dörd günlük rəsmi səfərlə gəlib və bu, 2024-cü ildə Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən onun barəsində həbs qərarı verildikdən sonra ilk Avropa səfəridir.

Əgər qərar həyata keçirilərsə, Macarıstan Avropa İttifaqı ölkələri arasında ICC-dən çıxan ilk və yeganə ölkə olacaq.

Hazırda Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmayan ölkələr arasında İsrail, ABŞ, Çin, Rusiya, Səudiyyə Ərəbistanı və bir neçə digər dövlət var.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər