“Indigo” jurnalisti Saba Sordia saxlanıldı – vəkil: Polis maşınında ona qarşı homofob ifadələr işlədilib
Gürcüstanın Daxili İşlər Nazirliyi jurnalist Saba Sordianın polis tərəfindən saxlanıldığını təsdiqləyib.
InterPress.ge xəbər verir ki, “Indigo” nəşrinin əməkdaşı inzibati qaydada – polis əməkdaşının qanuni tələbinə tabe olmamaq (İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsi) maddəsi ilə saxlanılıb və hazırda Diğomidəki müvəqqəti saxlanma təcridxanasına köçürülüb.
Saba Sordianın vəkili Mariam Kvelaşvili bildirib ki, jurnalist hüquq-mühafizə orqanlarının keçirdiyi reyd zamanı saxlanılıb. Onun sözlərinə görə, Saba Sordia Marjanışvili metro stansiyası yaxınlığında dostları ilə görüşə gedərkən iki polis əməkdaşı yaxınlaşıb və şəxsiyyət vəsiqəsini təqdim etməsini istəyib. Sordia sənədi təqdim edib və çantasını da açıb, lakin çantanın bir gözünü polis özü açmaq istədikdə, jurnalist bu hissəni özünün açacağını bildirib. Bundan sonra, polis əməkdaşları onu zorla patrul maşınına oturdub və bölməyə aparıblar. Saxlanma barədə ona ancaq bölmədə məlumat verilib.
Vəkilin açıqlamasına görə, patrul maşınında jurnalistin sırğa taxmasına görə onun ünvanına homofob ifadələr işlədilib. Eyni zamanda, polis əməkdaşları Saba Sordianın Go Pro kamerasını əlindən alıb və dəfələrlə itməməsi üçün etdiyi xahişlərə baxmayaraq, ona kameranın sındırılacağı ilə hədələndiyi bildirilib.
“Dedilər ki, əgər bir daha bu barədə danışsan, kameranı sındırarıq. Bu, polis əməkdaşlarının qeyri-adekvat davranışıdır. Biz bu məsələ ilə bağlı, o cümlədən homofob ifadələrə görə Ombudsmana müraciət etməyi planlaşdırırıq,” – deyə vəkil Mariam Kvelaşvili bildirib.
Vəkilin sözlərinə görə, Saba Sordia saxlanma zamanı jurnalist olduğunu bildirməyib. Onun azadlığa buraxılıb-buraxılmayacağı barədə hələlik qərar verilməyib. Əgər saxlanma müddəti daha 48 saat uzadılarsa, jurnalist ya məhkəməyə çıxarılacaq, ya da zaminə buraxıla bilər.


