09 
Apr
2025
09:46
234

Etirazçılar gecəni Parlament qarşısında keçirdi – Hazırda isə...

Etirazçıların bir hissəsi gecəni Gürcüstan Parlamentinin qarşısında keçirib və hələ də ərazidədir.

InterPress.ge xəbər verir ki, onlar Rustaveli prospektini bağlayıblar və aksiyanı davam etdirirlər.

Etirazçılarla birlikdə gecəni keçirən tanınmış opera müğənnisi və ictimai xadim Paata Burçuladze vətəndaşlara müraciət edib. O bildirib ki, əgər polis aksiyanın dağıdılması məqsədilə yaxınlaşsa, iştirakçılar yolu boşaltsın və 9 Aprel memorialına – səkiyə keçsinlər.

“Hazırda heç bir qarşıdurma yoxdur. Gəlin öz işimizi burada sakit şəkildə davam etdirək”, – deyə Burçuladze qeyd edib.

Etirazçılar “Axıra qədər, axıra qədər!”, “Gürcüstan!” kimi şüarlarla aksiyanı davam etdirirlər.

Hazırda Kaşveti kilsəsi yaxınlığında və Parlamentin arxa girişində bir neçə polis qrupu cəmləşdirilib. Təhlükəsizlik tədbirləri gücləndirilmiş şəkildə davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər